"O epizodda heç nə etməmişdim, sadəcə, aranı sakitləşdirirdim"

"Mən həmin epizodda heç nə etməmişdim, sadəcə, aranı sakitləşdirirdim, rəqibi davadan uzaqlaşdırırdım. Başqa heç bir niyyətim yox idi".
Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.
Müdafiəçi Premyer Liqanın 26-cı turunun "Araz-Naxçıvan"la səfər matçında yaşanan dava-dalaşla bağlı danışıb:
"Hadisənin nə üstündə baş verdiyini, inanın ki, heç mən də o qədər dəqiqliyi ilə bilmirdim. Sadəcə, epizod zamanı Felipe Santosu oradan aralaşdırırdım. O da mənim üzümə zərbə endirdi və yerə yıxıldım".
Oyun "Qarabağ"ın qələbəsi ilə başa çatıb (3:1).