"Məqsədim Xankəndidə qaliblər sırasında yer almaqdır"
Azərbaycan şahmatçısı Aydın Süleymanlı Xankəndidə keçiriləcək 11-ci Vüqar Həşimov Memorialında qalib olmaq arzusundadır.
"Mediasport" xəbər verir ki, zəka sahibi Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında bi fikirdə olduğunu deyib.
O qeyd edib ki, yarışın gərgin və maraqlı mübarizə şəraitində keçəcəyini gözləyir:
"Turnirdə güclü şahmatçılar mübarizə aparacaq. İştirakçı sayının altı olması yarışın daha da maraqlı keçəcəyindən xəbər verir. Məqsədim daha yaxşı çıxış etmək və Xankəndidə qaliblər sırasında yer almaqdır".
Qeyd edək ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir sabah Xankəndidə start götürəcək.
