Ülviyyə, Gülnar və Xanım 1/32-də, Gövhər isə mübarizəni dayandırdı

Ülviyyə, Gülnar və Xanım 1/32-də, Gövhər isə mübarizəni dayandırdı

Gürcüstanın Batumi şəhərində qadınlar arasında şahmat üzrə Dünya Kubokunda tay-brek oyunlarına yekun vurulub.

"Mediasport" xəbər verir ki, 1/64 finalda mübarizə aparan Azərbaycan təmsilçilərindən Gülnar Məmmədova mərhələ adlaya bilib.

O, kanadalı Yunşan Lini mübarizədən kənarlaşdıraraq 1/32 finala vəsiqə qazanıb.

Gövhər Beydullayeva isə iranlı Anahita Zahidifərlə dueldən məğlub ayrılaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, digər şahmatçılarımız - Ülviyyə Fətəliyeva və Xanım Balacayeva 1/32 finala vəsiqəni qrup mərhələsində təmin ediblər.