Məşhur şərhçi Bakıda: "Qurban Qurbanovla şəkil çəkdirəcəm"
Tanınmış türkiyəli futbol şərhçisi Ərtəm Şənər Bakıya gələcək.
"Mediasport" xəbər verir ki, aparıcı bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
O, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşəcəyini xüsusi vurğulayıb:
"Qurban Qurbanov "Real", "Barselona", "Mançester Siti" və ya "Bavariya" kimi Avropa nəhənglərinə layiq bir baş məşqçidir. O, çox ağıllıdır. Qurban Qurbanovla görüşəcəm, şəkil çəkdirəcəm".
Şənər noyabrın 5-də UEFA çempionlar Lqiasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda canlı izləyəcək.
