Milli komanda tarixində ilk yaşandı
Futbol üzrə Ukrayna milli komandasını ilk dəfə əcnəbi mütəxəssis çalışdıracaq.
"Mediasport" xəbər verir ki, yığmanın "sükanı" italiyalı çalışdırıcı Andrea Malderaya həvalə edilib.
54 yaşlı baş məşqçi ilə 2 illik müqavilə imzalanıb.
O, karyerası ərzində ölkəsinin "Milan", İngiltərənin "Brayton", Fransanın "Marsel" klublarını çalışdırıb.
Maldera 2016-2021-ci illərdə Ukrayna millisində baş məşqçi olmuş Andrey Şevçenkonun korpusunda yer alıb.


