Liqa 1-ə vəsiqə qazanan son komanda məlum oldu - VİDEO
Futbol üzrə Fransa Yüksək Liqasına vəsiqə uğrunda pley-off oyunu baş tutub.
"Mediasport" xəbər verir ki, "Nitsa" kritik qarşılaşmada "Sent Etyenn"i məğlub edib (4:1, ilk oyun 0:0).
Beləliklə, "Nitsa" 2026/2027 mövsümündə də Liqa 1-də mübarizə aparacaq.
"Nant" və "Mets"in isə Liqa 2-yə yuvarlanacağı öncədən dəqiqləşib.
Buna qədər "Trua" və "Le Man" klubları elitaya vəsiqəni rəsmiləşdiriblər.
"Nitsa"nın vacib qələbə qazandığı matçda 42 yaşlı futbolçusu Dante karyerasını başa vurub.
Braziliyalı müdafiəçi vaxtilə "Lill" (Fransa), "Standard Liej" (Belçika), "Borussiya" (Münhenqladbax), "Bayern", "Volfsburq" (hamısı Almaniya) klublarında da oynayıb.


