Milli komanda Fransaya yollandı

 Milli komanda Fransaya yollandı

Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandası Fransaya yollanıb.

"Mediasport" xəbər verir ki, yığmamız Strasbur şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Komandaya qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edir.

Sentyabrın 25-də başa çatacaq toplanış qarşıdakı beynəlxalq turnirlərə hazırlıq xarakteri daşıyır.