Azərbaycan millisində yeni futbolçu - Santuş ONU bəyəndi

Azərbaycan millisində yeni futbolçu - Santuş ONU bəyəndi

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bir neçə gün sonra təlim məşq toplanışı üçün açıqlayacağı heyətə yeni futbolçular cəlb edəcək.

AFFA-dan "Mediasport"a verilən məlumata görə, portuqaliyalı mütəxəssis diqqətdə saxladığı bəzi gəncləri martda keçiriləcək yoxlama oyunlarında sınaqdan keçirməyi planlaşdırır.

Onlardan biri "Səbail"in vingeri Rüfət Abdullazadədir. Santuş şəxsən bəyəndiyi 24 yaşlı cinah futbolçusunun adını siyahısına yazıb.

Rüfət 2017-ci ildən bu yana U-17, U-19 və U-21 millilərində forma geyinib.

Xatırladaq ki, Azərbaycan yığması bu ay iki yoldaşlıq görüşü keçirəcək.

Komandamız martın 22-də Sumqayıtda Haiti, 25-də isə Bakıda Belarus futbolçularını qəbul edəcək.