Zamiq Əliyev Superliqada çempionluğa doğru addımlayır

Zamiq Əliyev Superliqada çempionluğa doğru addımlayır

Futbol üzrə Albaniya Superliqasında 25-ci turun oyunları keçirilir. 

Mediasport.com.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin formasını geydiyi çempionatın lideri “Eqnatia” 25-ci tur çərçivəsində “Partizani”ni qəbul edib.

24 yaşlı müdafiəçinin 90 dəqiqə meydanda olduğu görüş komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.

Xallarının sayını 48-ə çatdıran "Eqnatia" turu heç-heçə ilə başa vuran ən yaxın izləyicisi "Vlajniya"dan 4 xal uzaqlaşıb.