Millimizin oyunlarını Türkiyə və gürcü hakimləri idarə edəcəklər

Futbol üzrə Azərbaycan millisinin Haiti və Belarus yığmaları ilə keçirəcəyi yoldaşlıq görüşlərinin hakim təyinatları müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə qarşılaşmada əsas qərarları Türkiyədən olan ədalət təmsilçiləri verəcəklər.
Masazırda reallaşacaq Belarusla matçın əsas hakimləri isə Gürcüstandan olacaq.
haiti ilə duel martın 22-də, belraruslularla oyun 25-də keçiriləcək və saat 21:45-də başlanacaq.
Yoldaşlıq oyunları
22 mart
21:45. Azərbaycan - Haiti
Hakimlər: Kadir Sağlam, Dəniz Caner Ozaral, Anıl Usta (hamısı Türkiyə), Fərid Hacıyev (Azərbaycan).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
25 mart
21:45. Azərbaycan - Belarus
Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan), Tural Qurbanov (Azərbaycan).
“Bank Respublika Arena”