Minifutbol turniri başa çatdı

Minifutbol turniri başa çatdı

AFFA və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, UEFA-nın dəstəyilə Gəncə şəhərində yerləşən məktəblər arasında keçirilən minifutbol turniri başa çatıb.

"Mediasport" xəbər verir ki, məktəblərdə Futbol Dərsi layihəsi çərçivəsində keçirilən minifutbol turninin final mərhələsi Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin idman meydançasında baş tutub.

Final qarşılaşmasında 1 saylı tam orta məktəbin kollektivi 39 saylı tam orta məktəbin kollektivi üzərində qələbə qazanaraq turnirin qalibi olub.

Qalib komanda kubok və medallarla, digər yerləri tutan komandalar isə müvafiq medallarla təltif ediliblər.

Turnirdə fərqlənmiş oyunçular müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

Kuboku və mükafatları iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim edib.

Həmçinin, turnirin final mərhələsinə ev sahibliyi etdiyinə, eləcə də, təşkilati işlərdə xüsusi fərqləndiyinə görə 1 saylı tam orta məktəbə AFFA tərəfindən xüsusi hədiyyə təqdim edilib.

Hədiyyə məktəbin direktoru Elvin Mehdizadəyə Fərrux İsmayılov tərəfindən verilib.