Bu il üçün dünyanın ən yaxşı kişi baş məşqçisinin adı açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) kişilər arasında klublar üzrə ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb.
"Mediasport" xəbər verir ki, birinci yeri 222 xalla PSJ-dən (Fransa) Luis Enrike tutub.
60 xal toplayan "Çelsi"nin (İngiltərə) baş məşqçisi Enso Mareska (60 xal) ikinci, 57 xal toplayan "Barselona"nın (İspaniya) çalışdırıcısı Hans-Diter Flik isə (57 xal) üçüncü olub.
4-5-ci yerləri müvafiq olaraq 42 xalla "Bayern"dən (Almaniya) Vensan Kompani ilə 24 xalla "Arsenal"dan (İngiltərə) Mikel Arteta bölüşüblər.
