Millimiz bu dəfə Monteneqro yığmasına məğlub oldu - AÇ-2027

Millimiz bu dəfə Monteneqro yığmasına məğlub oldu - AÇ-2027

Basketbolçu qadınlardan ibarət Azərbaycan millisi AVRO-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, E qrupunda yer alan Evren Alkayanın komandası 5-ci tur çərçivəsində Monteneqro yığmasının qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsilə yekunlaşıb - 94:35.

Basketbolçularımız martın 17-də Bakıda Ukrayna millisi ilə qarşılaşacaq.

Xatırladaq ki, qrupda bunadək Bolqarıstan (48:141, 40:120), Monteneqro (62:104) və Ukraynaya (34:98) uduzan komandamız 5 xalla sonuncudur.