AVRO-2027: Azərbaycan yığması bu dəfə Ukrayna millisinə uduzdu
Azərbaycanın qadın basketbolçulardan ibarət yığması AVRO-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda 6-cı tur çərçivəsində Bakıda Ukrayna millisi ilə qarşılaşıb.
Bakı İdman Sarayında reallaşan görüş rəqibin qələbəsilə yekunlaşıb - 73:55.
Xatırladaq ki, qrupda bunadək Bolqarıstan (48:141, 40:120), Monteneqro (62:104, 35:94) və Ukraynaya (34:98) uduzan komandamız 6 xalla sonuncudur.
