"Napoli" tarixində dördüncü dəfə İtaliya A Seriyasının qalibi oldu

"Napoli" tarixində dördüncü dəfə İtaliya A Seriyasının qalibi oldu

Futbol üzrə İtaliya A Seriyasında 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, çempionun adına sonuncu - 38-ci turda aydınlıq gətirilib.

"Napoli" ən yaxın izləyicisi "İnter"lə dramatik mübarizədə bir xal önə keçərək tarixində dördüncü dəfə ölkə çempionu olub.

Antonio Kontenin baş məşqçisi olduğu Neapol təmsilçisi son turda "Kalyari"ni məğlub edərək xal ehtiyatını 82-yə çatdırıb.

"İnter" 81 xalla ikinci yeri tutub, "Atalanta" isə bürünc medalları təmin edib.

"Napoli" daha əvvəl 1986/87, 1989/90, 2022/23 mövsümlərində qızıl medalları qazanmışdı.