Meksika milli komandası DÇ-2026-nın 1/8 final mərhələsinə yüksəldi
Futbol üzrə 23-cü dünya çempionatında daha bir milli komanda 1/8 finala yüksəlib.
"Mediasport" xəbər verir ki, Meksika yığması Ekvador futbolçularını mübarizədən kənarlaşdırıb (2:0).
Xatırladaq ki, daha əvvəl mundialda Norveç, Kanada, Braziliya, Paraqvay, Mərakeş, Fransa milliləri 1/8 finala adlayıblar.
Tarixdə ilk dəfə üç ölkə - ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən yarış iyulun 19-dək davam edəcək.


