Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirdi

Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirdi

Gənclər və idman naziri Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib.

"Mediasport" xəbər verir ki, nazir kompleksdə aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub, görülən işlərin icra vəziyyəti barədə məlumat alıb.

Fərid Qayıbov təmir işlərinin keyfiyyətlə və vaxtında yekunlaşdırılmasının, eləcə də mövcud infrastrukturdan səmərəli istifadənin təmin olunmasının vacibliyini vurğulayaraq, müvafiq tövsiyə və tapşırıqlarını verib.