AFFA "Neftçi"ni 1800 manat, "Qarabağ"ı 3200 manat cərimə etdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, komitə Premyer Liqanın XXIII turunun "Neftçi" - "Qarabağ" matçında yaşananlarla bağlı qərarlarını açıqlayıb:
“Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilsin (maddə 52.1);
“Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);
“Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilsin (maddə 37);
Oyunun 22-ci dəqiqəsində “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);
“Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);