Breno Almeyda rəsmən "Neftçi"də
“Neftçi” bu il ilk transferini həyata keçirib.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi Breno Almeydanı sıralarına cəlb edib.
Braziliyalı hücumameyilli yarımmüdafiəçi ilə 2.5 illik müqavilə bağlanıb.
27 yaşlı futbolçunun sonuncu klubu “Etnikos” (Kipr) olub. "Sambaçı" Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb.
O, 2024-cü ilin yayından çıxış etdiyi “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəlllifi olub.
