Azərbaycan idmançısına dopinqə görə 2 illik sanksiya tətbiq olundu

 Azərbaycan idmançısına dopinqə görə 2 illik sanksiya tətbiq olundu

Azərbaycan kikboksçusu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya olunub.

Bu barədə "Mediasport"a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

İdmançının analiz nümunəsində qadağan olunmuş maddə aşkarlanıb.

Abbaszadədən götürülmüş sınaq nüsxəsində "S5 Diuretiklər və ya Gizlədici Agentlər" sinfinə aid olan furosemid maddəsi və ya onun metabolitləri tapılıb.

Sanksiya 2026-cı il iyulun 6-dan 2028-ci il iyulun 6-dək qüvvədə olacaq.