"Qarabağ"ın qış hazırlıqlarını harada keçəcəyi müəyyənləşdi
"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Ağdam klubu iki mərhələdən ibarət təlim-məşq toplanışında olacaq.
"Atlılar" hazırlığın birinci mərhələsini Bakıda - Suraxanıdakı bazada keçəcəklər.
Təxmini bir həftəlik toplanışın ikinci hissəsi Türkiyədə - Antalyada baş tutacaq. Qurban Qurbanovun komandasının burada 3 yoxlama matçında gücünü sınaması planlaşdırılıb.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında komandalar qış fasiləsinə dekabrın 23-də yollanacaqlar.
