Baxın-görün, "Neftçi" Qazaxıstan mətbuatını nə ilə təəccübləndirib

Baxın-görün, "Neftçi" Qazaxıstan mətbuatını nə ilə təəccübləndirib

"Neftçi"nin Azərbaycan Premyer Liqasının turnir cədvəlində bu qədər geridə olması təəccüblüdür. Komanda 9-qat Azərbaycan çempionudur".

"Mediasport" xəbər verir ki, bu fikirlər Qazaxıstan mətbuatında yer alıb.

Yerli "Kayrat" klubunun qış təlim məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər haqda material hazırlayan "Vesti.kz" saytında "Neftçi"dən də söz açılıb:

"Komandada Azərbaycan, Monteneqro, Benin, Kamerun və Venesuela millilərinin hazırkı üzvləri çıxış edir. Bu mövsüm 12 komandalı liqada turnir cədvəlində 7-ci pillədədir (əslində 8-cidir-red.).

Onları bir neçə il əvvəl “Şerif”i Çempionlar Liqasına aparan məşhur ukraynalı məşqçi Yuri Vernidub çalışdırır. Bakı komandasının oyunçularının adlarına və nailiyyətlərinə əsasən demək olar ki, kifayət qədər güclü heyətə sahibdir".

Xatırladaq ki, "Neftçi" "Kayrat"la yoxlama matçını yanvarın 9-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirəcək.