"Neftçi", "Zirə" və "Qarabağ"ın KL-də potensial rəqibləri məlum oldu
Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edən "Neftçi" və "Zirə"nin 3-cü təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz 2-ci raundu uğurla dəf etsələr, növbəti mərhələnin püşkatmasında səpələnməmişlər arasında yer alacaqlar.
Hər iki klubumuz, o cümlədən Avroliqanın 2-ci təsnifatında ÇSKA-ya (Bolqarıstan) uduzsa, "Qarabağ" adlı-sanlı kollektivlərlə görüşə bilər.
Mümkün rəqiblər aşağıdakılardır:
“Jelezniçar” (Serbiya) - Braqa (Portuqaliya), "Voyvodina" (Serbiya) - "Ayaks" (Niderland), "Polessye" (Ukrayna) - "Kopenhagen" (Danimarka), LNZ (Ukrayna) – “Gent” (Belçika), “Santa Koloma” (Andorra) – “Rapid” (Vyana, Avstriya), “Pakş” (Macarıstan) - Panatinaikos (Yunanıstan), “Hapoel” (Tel-Əviv, İsrail) – “Ludoqorets” (Bolqarıstan), FKSB (Rumıniya) – “Auda” (Latviya), “Rakuv” (Polşa) – “Valletta” (Malta), “Partizan”(Serbiya) – “Strassen”(Lüksemburq), “Luqano”(İsveçrə) – “Dukaqgini” (Kosovo), AEK (Larnaka, Kipr) – “Beytar” (İsrail), “Başakşəhər” (Türkiyə) – “İnter Turku” (Finlandiya), “Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya), HİK (Finlandiya) - "Kolreyn" (Şimali İrlandiya), "Valur" (İslandiya) - "Jrinski" (Bosniya və Herseqovina), RFŞ (Latviya) - "Vestri" (İslandiya), "Universitatya" (Kluj, Rumıniya) - "Brann" (Norveç), "Dinamo" (Tbilisi, Gürcüstan) - "Jalqris" (Litva), “Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya) cütlərinin qaliblərindən biri ilə qarşılaşmaq fürsəti yaranacaq.
Həmçinin Avropa Liqasının ikinci təsnifat mərhələsində reallaşacaq “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv,İsrail), “Dinamo” (Kiyev, Ukrayna) - PAOK (Yunanıstan), “Beşiktaş” (Türkiyə) – “Midtülland”(Danimarka) və “Tvente” (Niderland) – “Ferensvaroş” (Macarıstan) duellərində məğlub olan kollektivlərdən biri KL-in 3-cü raundunda təmsilçilərimizə rəqib ola bilər.
Xatırladaq ki, "Neftçi" 2-ci təsnifatda Belarusun "Dinamo” (Minsk), "Zirə" isə Estoniyanın "Payde" komandası ilə üz-üzə gələcək.


