"Neftçi"dən ayrılan Abubakar 1-ci Liqa klubu ilə müqavilə bağladı
Ötən mövsümün sonunda "Neftçi"dən ayrılan Vensan Abubakarın yeni klubu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, kamerunlu hücumçu karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Forvard "Bodrum" klubuna keçib.
34 yaşlı afrikalı 1-ci Liqa təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Abubakar daha əvvəl Türkiyədə "Beşiktaş" və "Hatayspor"un uğurları üçün çalışıb.


