"Neftçi"nin sabiq futbolçusu Cənubi Koreya klubuna keçdi

2023-2025-ci illərdə "Neftçi"nin formasını geyinmiş Kilan Lebon karyerasını Cənubi Koreyada davam etdirəcək.
"Mediasport" xəbər verir ki, 27 yaşlı vinger 2-ci Liqa təmsilçisi "Çonnam Draqons"da çıxış edəcək.
Yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
Xatırladaq ki, Lebon "Neftçi"nin heyətində 72 oyuna 6 qolla yadda qalıb.