Milli komandamızın oyununu gürcü hakimlər idarə edəcəklər

Milli komandamızın oyununu gürcü hakimlər idarə edəcəklər

Azərbaycan milli komandasının “FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə Sumqayıtda keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.


“FİFA Series – 2026” beynəlxalq turniri


19:00. Azərbaycan – Sent Lüsiya

Baş hakim: Giorgi Kruaşvili

Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili

Dördüncü hakim: Koba Revazaşvili

(Hakimlər briqadası Gürcüstandandır)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu