"Traktor" çətin səfər qələbəsi ilə çempionatın lideri oldu - VİDEO
Futbol üzrə İran Yüksək Liqasında 18-ci turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, Təbrizin "Traktor" klubu səfərdə "Alüminium"la (Arak) qarşılaşıb.
Cənubi Azərbaycan təmsilçisi gərgin keçən matçda qələbə topunu son saniyələrdə vurub.
90+2-ci dəqiqədə Regi Luşka fərqlənib - 1:0.
"Al qurdlar" bu qalibiyyətlə xallarının sayını 32-yə çatdıraraq turnir cədvəlində 1-ci sıraya yüksəliblər.
Eyni xala malik "Esteqlal" top fərqinə görə 2-cidir.
31 xalı olan "Sepahan" və "Persepolis" 1 matç az keçirməklə 3-4-cü yerləri bölüşür.
Qeyd edək ki, təbrizlilər son mövsümdə tarixlərində ilk dəfə İran çempionu olublar.
