"Neftçi"nin təklif göndərdiyi futbolçu Ermənistanda oynayacaq

"Neftçi"nin təklif göndərdiyi futbolçu Ermənistanda oynayacaq

"Neftçi"nin heyətinə qatmaq istədiyi Takuto Oşima karyerasını Ermənistanda davam etdirəcək.

"Mediasport" xəbər verir ki, Rumıniyanın "Universitatya" (Krayova) klubu ilə müqaviləsi başa çatan yaponiyalı "Noah"la anlaşıb.

Asiyalı yarımmüdafiəçinin keçidi kluba 350 min avroya başa gəlib.

Qeyd edək ki, Bakı təmsilçisinin bugünlərdə futbolçuya 500 min dollarlıq razılaşma təklif etdiyi bildirilirdi.