Avropanın "Top-5" liqalarında klubların çempionluq ehtimalı

Bu gündən etibarən Avropanın "Top-5" liqalarında 2025-26 mövsümünə start veriləcək.
"Mediasport" xəbər verir ki, nüfuzlu "Score 90" portalı həmin turnirlərdə komandaların çempionluq ehtimalını dəyərləndirib.
Qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında da qızıl medallara yiyələnmək ehtimalı yüksək olan klubları adları açıqlanıb.
Klubların yeni mövsüm çempionluq ehtimalları:
İspaniya La Liqası: "Real" (46%), "Barselona" (39%), "Atletiko" (9%), "Atletik" və "Vilyarreal" (hər ikisi 2%).
İngiltərə Premyer Liqası: "Liverpul" (33%), "Arsenal" (28%), "Mançester Siti" (20%), "Çelsi" (10%), "Mançester Yunayted" (4%).
İtaliya A Seriyası: "Napoli" (32%), "İnter" (23%), "Yuventus" (15%), "Milan" (13%), "Roma" (8%).
Almaniya Bundesliqası: "Bayern" (71%), "Bayer" (11%), "Borussiya" (Dortmund, 8%), "Leypziq" (5%), "Ayntraxt" (Frankfurt, 2%).
UEFA Çempionlar Liqası: PSJ (14%), "Liverpul" (11%), "Real" (10%), "Barselona" (10%), "Arsenal" (9%).