"Nəticə göz önündədir - Oyun ərzində çoxlu səhvə yol verdik"

"Nəticə göz önündədir - Oyun ərzində çoxlu səhvə yol verdik"

"Nəticə göz önündədir. Dürüst olmaq lazımdır. Biz oyun ərzində çoxlu səhvə yol verdik. Matç ərzində stabil oyun nümayiş etdirə bilmədik".

Bu sözləri "Mediasport"a açıqlamasında "Şkendiya"nın qapıçısı Babukar Qaye deyib.

27 yaşlı almaniyalı qolkiper UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunu (1:5) haqda danışıb.

Qambiya əsilli Qaye "köhlən atlar"la Şimali Makedoniya klubunun arasında baş tutan görüşləri dəyərləndirib:

"İlk matçda da heç nə ilə yadda qalmamışdıq. Bakıda isə stadionda atmosfer əsrarəngiz idi. Bu oyunlar bizim üçün çox yaxşı təcrübə oldu. Hər kəsə təşəkkür edirəm. "Qarabağ" güclü, səviyyəli komandadır. Hörmətə layiq rəqib idilər".

Xatırladaq ki, qitənin ali klub turniri ilə vidalaşan "Şkendiya" mübarizəyə Avroliqanın pley-offunda davam edəcək. Onların rəqibi Bolqarıstanın "Ludoqorets" kollektivi olacaq.

https://youtube.com/shorts/4dFIcM22qxI?feature=shared