Ayxan Abbasov Türkiyədə Toral Bayramovun oyununu izlədi

Ayxan Abbasov Türkiyədə Toral Bayramovun oyununu izlədi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və yığmanın direktoru İlqar Qurbanov Türkiyəyə səfər ediblər.

"Mediasport" xəbər verir ki, mütəxəssislər millimizin üzvü Toral Bayramovun çıxış etdiyi “Bursaspor”un 1-ci Liqada “Karagümrük”lə oyununu izləyiblər.

Görüş Bursa təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 1:2.

Toral bu matçda birinci hissədə meydanda olub və sarı vərəqə ilə cəzalanıb.

Xatırladaq ki, cinah futbolçusu Türkiyəyə bu yay “Qarabağ”dan yollanıb.