Neymar millidən getdiyini açıqladı
Braziliya millisinin məşhur futbolçusu Neymar Junyor yığma komanda karyerasını başa vurub.
"Mediasport" xəbər verir ki, 34 yaşlı hücumçu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
O, yığmada oynamaq istəmədiyini vurğulayıb.
Xatırladaq ki, Neymar 2010-cu ildən bu yana millidə 130 oyun keçirib, 80 qol və 59 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliya millisi tarixinin ən yaxşı bombardiri 2013-cü ildə yığmanın heyətində Konfederasiyalar Kuboku, 2016-cı ildə isə Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
O, 2025-ci ildən karyerasını vətənində - yetirməsi olduğu "Santos"da davam etdirir.
"Sambaçı" 2013-2017-ci illərdə "Barselona"da (123 oyun, 68 qol), 2017-2023-cü illərdə PSJ-də (112 oyun, 82 qol), 2023-2025-ci illərdə isə "Əl Hilal"da (3 oyun) forma geyinib.


