DÇ-2026-nın favoritləri - SİYAHI
Bu ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının favoritləri ilə əlaqədar sorğu keçirilib.
"Mediasport" ESPN nəşrinə istinadən xəbər verir ki, 20 jurnalistin iştirakı ilə baş tutan sorğuda mundialın ən güclü 10 komandası seçilib.
Ümumiləşdirilmiş cavablara əsasən, dördilliyin zirvə yarışının əsas favoriti İspaniya yığması hesab edilib.
1. İspaniya
2. Fransa
3. Argentina
4. İngiltərə
5. Braziliya
6. Portuqaliya
7. Almaniya
8. Niderland
9. Mərakeş
10. Norveç
Xatırladaq ki, 2026 dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.
