Olimpiya və dünya çempionu: "Hələ oyundayam və yeni zəfərlərə acam”

Olimpiya və dünya çempionu: "Hələ oyundayam və yeni zəfərlərə acam”

“Avropa çempionatında beşinci medalımı qazandım. Hələ oyundayam və yeni zəfərlərə acam”.

"Mediasport" xəbər verir ki, bu fikirlər Azərbaycan cüdoçusu Zelim Kotsoyevə məxsusdur.

Olimpiya və dünya çempionu bugünlərdə Monteneqroda keçirilən Avropa çempionatında çıxışını dəyərləndirib.

Paris-2024 Yay Olimpiya Oyunlarından sonra ilk dəfə yarışa çıxan idmançı qeyd edib ki, əsas hədəfi medal kolleksiyasını genişləndirməkdir.

Qeyd edək ki, Zelim Podqoritasa baş tutan qitə birinciliyində gümüş medal qazanıb.