Avropa çempionatı: 15 yaşlı Zəhra Quliyevadan qızıl medal

Avropa çempionatı: 15 yaşlı Zəhra Quliyevadan qızıl medal

Azərbaycanın yeniyetmə cüdoçuları İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində start götürən Avropa çempionatına uğurla başlayıblar.

"Mediasport" xəbər verir ki, yığmamız ilk günü 5 medalla (2 qızıl, 1 gümüş, 2 bürünc) başa vurub.

40 kq çəkidə yarışan 15 yaşlı Zəhra Quliyeva, 50 kq-da isə Nihad Ağayev komanda yoldaşı Fərid Rzazadəyə qalib gələrək qitə birincisi olub.

Digər medalları İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) qazanıblar.

Qitə birinciliyi iyulun 2-dək davam edəcək.