Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın daha üç təmsilçisi yarışa qoşulacaq.
Əvvəlcə qadınların mübarizəsində Fidan Əlizadə (57 kq), daha sonra Olimpiya çempionumuz Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatami üzərinə çıxacaqlar. Hər üç cüdoçumuz 1/16 finaldan başlayacaq.
Əlizadə startda serbiyalı Maritsa Perişiçlə qarşılaşacaq.
Dünya və Avropa çempionumuz Hidayət Heydərov Otari Kvantidze (Portuqaliya ) ilə üz-üzə gələcək.
Rəşid Məmmədəliyev isə Kazbek Naquçev (BƏƏ) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan mundiala 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb.
Daha əvvəl yarışan 5 cüdoçumuzdan (Əhməd Yusifovla (60 kq), Ruslan Paşayev (66 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) heç biri medal qazana bilməyib.