6 cüdoçumuz İspaniyada baş tutacaq Avropa Kubokunda
Fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində gənc qadın cüdoçular arasında Avropa Kuboku keçiriləcək.
"Mediasport" xəbər verir ki, Azərbaycan Avropa Cüdo Birliyi tərəfindən təşkil olunacaq turnirə 3 çəki dərəcəsində 6 idmançı ilə qatılacaq.
Yığmaya qadınlardan ibarət komandanın baş məşqçisi Saşa Herkenrat-Vimar başçılıq edəcək.
Yarışda ümumilikdə 23 ölkəni təmsil edən 532 idmançı medallar uğrunda rəqabət aparacaq.
52 kq
Çinarə Sadıqova
Fəridə Mirzəyeva
Aysun Məmmədova
Nuranə Hacızadə
57 kq
Vüsalə Hacıyeva
63 kq
Nilgün Rzayeva
