Azərbaycanda yeni liqaların başlanacağı tarix açıqlandı

Azərbaycanda yeni liqaların başlanacağı tarix açıqlandı

Azərbaycanda yeni yaradılan cüdo liqalarının başlanacağı tarix və keçiriləcəyi məkan açıqlanıb.

"Mediasport" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini və idman direktoru Kamran Talıbov mətbuat konfransında bildirib.

Aprelin 19-20-də U-14, 21-22-də U-17, mayda isə böyüklər arasında liqalara start veriləcək.

Yarışlar Abşeron Olimpiya Kompleksində keçiriləcək.

Federasiya rəsmisi bölgələrimizdə cüdonun inkişafı üçün yeni layihələr həyata keçirəcəklərini açıqlayıb:

“Regionlarımızda daxili yarışların müəyyən əmsallarını təyin etmişik. Əmsallar iştirakçı idmançıların sayı və onların potensialları baxımından heç də eyni deyil.

Biz əmsalları bütün regionlarımızda bərabərləşdirməyə çalışacağıq. Bəzi regionlarımız var ki, orada cüdonu inkişaf etdirmək üçün sıfırdan başlamışıq.

Buna Sabirabad rayonu nümunə ola bilər. Burada yeni cüdo zalımız açılıb. Həm qız, həm oğlan cüdoçularımızın sayında artım var.

Tikilməkdə olan zallarımızın da sayı çoxdur. Qarşıda da layihələrimiz olacaq”.