Olimpiya çempionunun oğlu Azərbaycan yığmasında
Rusiyalı Aleksandr Pluşenko fiqurlu konkisürmə üzrə idman növündə Azərbaycanı təmsil edəcək.
"Mediasport" "RİA Novosti Sport"a istinadən xəbər verir ki, bu barədə qərar Rusiya Fiqurlu Konkisürmə Federasiyası tərəfindən keçirilən iclasda verilib.
2 qat olimpiya, 3 qat dünya və 7 qat Avropa çempionu Yevgeni Pluşenkonun 13 yaşlı oğlu növbəti mövsümdən beynəlxalq turnirlərdə Azərbaycan bayrağı altında mübarizə aparacaq.
Xatırladaq ki, Yevgeni Pluşenko 10 dəfə Rusiya çempionu, 2 dəfə olimpiya çempionu tituluna yiyələnib.


