Sabir Zeynalov "Prezident Kuboku" yarışının da qalibi adını qazandı

Sabir Zeynalov "Prezident Kuboku" yarışının da qalibi adını qazandı

Azərbaycan parataekvondoçuları Almaniyanın Nürnberq şəhərində keçirilən "Prezident Kuboku" yarışında 3 medal qazanıblar.

"Mediasport" xəbər verir ki, Sabir Zeynalov (58 kq) qızıl, İmaməddin Xəlilov (70 kq) və Amin Əliyev (63 kq) bürünc medala sahib çıxıblar.

Sabir bir neçə gün əvvəl İtaliyada təşkil olunan Roma Qran prisində də qızıl medal əldə etmişdi.

İmaməddin isə həmin yarışda fəxri kürsünün 3-cü pilləsinə yüksəlmişdi.

Xatırladaq ki, "Prezident Kuboku" turniri Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.