Türkdilli Dövlətlərin Universiadası: Təmsilçilərimiz ikinci oldu - FOTO

Türkdilli Dövlətlərin Universiadası: Təmsilçilərimiz ikinci oldu - FOTO

Stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Abulhəmidova Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Universiadasında gümüş medal qazanıblar.

"Mediasport" xəbər verir ki, komanda yarışlarında Qırğızıstan idmançılarına 3-0, Qazaxıstan təmsilçilərinə 3-1 hesabı ilə qalib gələn Mikayilova-Abdulhəmidova tandemi finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzub və ikinci yeri tutub.

Xatırladaq ki, turnirə sentyabrın 9-da yekun vurulacaq.