Paralimpiyaçımız Qazaxıstandakı Dünya Kubokunda iştirak edəcək

  Paralimpiyaçımız Qazaxıstandakı Dünya Kubokunda iştirak edəcək

Paralimpiyaçımız Sona Ağayeva Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Boccia üzrə Dünya Kubokunda mübarizə aparacaq.

"Mediasport" xəbər verir ki, 3-6 iyunda keçiriləcək yarışda təmsilçimiz BC2 kateqoriyasında çıxış edəcək.

Ağayevanı məşqçi Elşən Məhərrəmov müşayiət edəcək.