DÇ: Türkiyə millisi pley-offun yarımfinalında qələbə qazandı

DÇ: Türkiyə millisi pley-offun yarımfinalında qələbə qazandı

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsi start götürüb.

"Mediasport" xəbər verir ki, günün ilk matçında Türkiyə milli komandası qələbə qazanıb.

Yarımfinal adlanan raundda Rumıniya yığmasını qəbul edən Vinçenso Montellanın yetirmələri minimal hesablı qələbə ilə finala yüksəliblər - 1:0.

"Ay-ulduzlular" mundialın final mərhələsinə yollanmaq üçün martın 31-də Slovakiya - Kosovo duelinin qalibi ilə üz-üzə gələcək.