DÇ-2025-də yarımfinal cütləri məlum oldu: PSJ "Real"a qarşı

DÇ-2025-də yarımfinal cütləri məlum oldu: PSJ "Real"a qarşı

ABŞ-nin ev sahibliyi etdiyi futbol üzrə klublararası dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, bununla ilk dəfə 32 komandanın iştirakı keçirilən mundialda yarımfinalçılar müəyyənləşib.

UEFA Çempionlar Liqasının son qalibi PSJ, "Real", "Çelsi" və "Fluminense" final yolunda mübarizə aparacaqlar.

Yarış iyulun 13-də başa çatdırılacaq.


Klublararası dünya çempionatı. Yarımfinal


8 iyul

23:00 "Fluminense" (Braziliya) - "Çelsi" (İngiltərə)

9 iyul

23:00 PSJ (Fransa) - "Real" Madrid (İspaniya)