Azərbaycanlı futbolçu Cənubi Afrika klubu ilə müqavilə bağladı

"Kəpəz"in futbolçusu Turan Manafovun Cənubi Afrika klubuna keçidi rəsmiləşib.
"Mediasport" xəbər verir ki, 26 yaşlı müdafiəçi Premyer Liqa təmsilçisi "Stellenboş"la müqavilə bağlayıb.
Sol cinah futbolçusu ilə anlaşmanın müddəti 3 il nəzərdə tutulub.
Qeyd edək ki, Manafov karyerasında ikinci dəfə legioner həyatı yaşayacaq. O, 2022-ci ildə Yunanıstanın 1-ci Liqa klubu "Olimpiakos Volos"da çıxış edib.