"Neftçi" Çempionlar Liqasında oynayan futbolçu ilə anlaşdı

"Neftçi" Çempionlar Liqasında oynayan futbolçu ilə anlaşdı

"Neftçi" heyəti gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar"ın transfer etmək istədiyi futbolçulardan biri məlum olub.

Bu, "Kayrat"ın hücumçusu Rikardinyodur.

Qazaxıstan çempionunun heyətində icarə əsasında forma geyinən braziliyalı müqavilə ilə Çexiyanın "Viktoriya" klubuna məxsusdur.

Azərbaycan tərəfi 26 yaşlı forvardla şəxsi müstəvidə anlaşıb. Qalır hücumçunun məxsus olduğu Plzen təmsilçisi ilə razılaşmaq.

Vətənində "Sau Paulu"nun yetirməsi olmuş Rikardinyo karyerası ərzində "Qremiu", "Maritimu", "Atletiko" (Qoyanense) və "Levski"də oynayıb.

2025-ci ilin yayında "Kayrat"a yollanmış "sambaçı" burada 9 oyuna 2 qolla yadda qalıb.