Portuqaliyadan böyükhesablı qələbə, İngiltərə millisi xal itirdi

Portuqaliyadan böyükhesablı qələbə, İngiltərə millisi xal itirdi

ABŞ, Kanada və Meksikanın ev sahibliyində futbol üzrə 23-cü dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, ikinci tur çərçivəsində daha iki qarşılaşma keçirilib.

K qrupunda mundiala Konqo Demokratik Respublikası yığması ilə görüşdə gözlənilməz xal itkisi ilə başlayan Portuqaliya millisi debütant Özbəkistan seçməsinə güzəştə getməyib - 5:0.

Qollardan ikisini canlı əfsanə Kriştianu Ronaldu vurub.

L qrupunda yer alan İngiltərə kollektivi isə startda xorvatlar üzərində inamlı qələbə qazansa da, Qana futbolçularının müqavimətini qıra bilməyib - 0:0.

Bu qrupların digər iki matçı gecə yarısı və səhərüzü baş tutacaq.