Mövsümün ən yaxşı oyunçusu və məşqçisi açıqlandı - Premyer Liqa
Dünyanın ən gərgin və baxımlı futbol çempionatlarından olan İngiltərə Premyer Liqasında mövsümün simvolik komandası açıqlanıb.
"Mediasport" BBC-yə istinadən xəbər verir ki, rəmzi "11-lik"də 22 ildən sonra çempion "Arsenal"dan 5 futbolçunun adı daxil edilib.
London təmsilçisinə kubok qazandıran Mikel Arteta mövsümün ən yaxşı məşqçisi, Deklan Rays isə ən yaxşı oyunçusu adına layiq görülüb.
İngiltərə Premyer Liqasında mövsümün simvolik komandası:
Qapıçı: David Raya ("Arsenal");
Müdafiəçilər: Vilyam Saliba, Qabriel, Yurrien Timber (hər ikisi "Arsenal"), Niko Niko Oreilli ("Mançester Siti");
Yarımmüdafiəçilər: Deklan Rays ("Arsenal"), Brunu Fernandeş ("Mançester Yunayted"), Antuan Semenyo ("Mançester Siti"), Elliot Anderson ("Nottingem Forest");
Hücumçular: Erlinq Haland ("Mançester Siti"), İqor Tiaqo ("Brentford").


