PSJ çempionluğunu rəsmiləşdirdi

PSJ çempionluğunu rəsmiləşdirdi

PSJ Fransa Liqa 1-də növbəti çempionluğunu rəsmiləşdirib.

"Mediasport" xəbər verir ki, Paris klubu bunu ölkə çempionatının 29-cu turunun "Lans" ilə təxirə salınmış qarşılaşmasında qələbə qazanaraq (2:0) bacarıb.

Nəticədə, paytaxt təmsilçisi ardıcıl 5-ci, ümumilikdə isə 14-cü dəfə ölkə çempionu adına yiyələnib.

Liqa 1-də ən çox çempionluq yaşayan digər klublar isə müvafiq olaraq, "Sent-Etyen" (10 çempionluq) və "Marsel"dir (9 çempionluq).

Luis Enrikenin komandası UEFA Çempionlar Liqasının finalına da vəsiqəni təmin edib.

Onlar mayın 30-da Budapeştdə baş tutacaq həlledici qarşılaşmada "Arsenal" ilə üz-üzə gələcəklər.