Akademiyadan bir neçə futbolçu "Qarabağ"la Avstriyaya yollandı
“Qarabağ” yay təlim-məşq toplanışının ikinci hissəsi üçün Avstriyaya yollanıb.
"Mediasport" xəbər verir ki, Ağdam klubu səfərə yeni oyunçularla çıxıb.
“Köhlən atlar”ın siyahısında gənclərlə bərabər yeni transferlərdən, hazırda dünya çempionatında olan bosniyalı qapıçı Martin Zlomisliç, həmçinin Bruno Lanqa, Zakaria Savo və Jali Muaddibin də adı yer alıb.
Baş məşqçi Qurban Qurbanovakademiyadan qapıçı Bilal Hacıyev, Məhəmməd İmaməliyev, Bəhruz Qurbanlı, Mehdi Mütəllimli, Əli Bəşirov və Məhəmməd-Şahin Abbasovu da əsas komandaya cəlb edib.
3 aydır əsas komandadan kənarlaşdırılan Elvin Cəfərquliyevin də qafilədə olduğunu xatırladaq.
Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi "Tirol" klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:00 başlanacaq.
Digər iki görüş iyulun 1-də təşkil olunacaq. Ukraynanın "Xarkov" komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək.
Macarıstan təmsilçisi "Ferensvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-a planlaşdırılıb.


